Şrift:
MEK-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri olan dərslik daxil olub
30.11.2018 [11:22] - Gündəm, DAVAMın yazıları
AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən “Azerbaijani multiculturalism” adlanan ingilis dilində dərslik daxil olub.

Azərbaycanın ali təhsil müəssisələrində keçirilən “Azərbaycan multikulturalizmi” fənninin dünyanın nüfuzlu universitetlərində uğurlu tədrisini həyata keçirmək məqsədilə eyniadlı dərslik Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən ingilis dilinə tərcümə edilərək nəşr edilib.

“Şərq-Qərb” nəşriyyatında çap edilən dərsliyin müəllifləri akademik Kamal Abdulla və Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfovdur.

Dərslik kitabxananın elektron kataloqunda qeyd olunaraq MEK-in 2017-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılmasıı" adlı layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında yerləşdirilib.


AMEA Mərkəzi Elmi Kitabxana
Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bu xəbər oxucular tərəfindən 193 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed