Şrift:
ABŞ Senatı yekdilliklə Rusiyanı Ukraynaya qarşı təcavüzkar hərəkətlərinə görə ittiham etdi
30.11.2018 [11:52] - Gündəm, Siyasət
ABŞ Senatı yekdilliklə Rusiyanın Ukraynaya qarşı Kerç boğazında təxribat xarakterli hərəkətlərini qınayan qətnamə qəbul edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sənəd respublikaçı Ron Conson (Viskonsin) və demokrat Kris Merfi (Konnektikut) tərəfindən hazırlanıb.

Qətnamənin məcburi qüvvəyə malik olmaması onun yekdilliklə hər iki parityaya məxsus senatorlar tərəfindən dəstəklənməsinə mane olmayıb.

Ron Conson Senatın Ukraynanın ərazi bütövlüyü və Ukrayna xalqına verdiyi dəstəyin məmnunedici olduğunu sölyəyib. Kris Merfi isə ABŞ-ın Rusiyanın Ukraynaya qarşı aqressiyasına biganə qalmayacağını göstərdiyini deyib. “Biz Rusiyanın beynəlxalq qaydaları birtərəfli şəkildə pozmasına qəti şəkildə etirazımızı ifadə etdik”,-deyə Merfi bildirib.

Bundan başqa, hər iki siyasətçi qəbul olunan qətnamə ilə Putin rejiminin beynəlxalq hüququn əsas prinsiplərini pozan fəaliyyətnə qarşı beynəlxalq birliyi sıx şəkildə birləşməyə çağırıblar.

Xatırladaq ki, Kerç boğazındakı insident Rusiya donanmasının qeyri-qanuni olaraq Ukraynanın ərazi sularında ona məxsus 3 gəmini həbs etməsi ilə başlayıb. Bu zaman Ukraynanın 24 hərbçisi əsir götürülüb.

Rusiyanın Kerç boğazındakı təxribatçı hərəkətinə görə ABŞ prezidenti Donald Tramp çox istəməsinə rəğmən Vladimir Putinlə Argentinada keçrilən G20 zirvəsində planlanan görüşdən imtina etməli olmuşdu.
Bu xəbər oxucular tərəfindən 158 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed