Şrift:
İstanbulda COMCEC-in 34-cü sessiyası başa çatıb
30.11.2018 [11:59] - İqtisadiyyat
Azərbaycan tədbirdə nümayəndə heyəti ilə təmsil olunub


İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyası başa çatıb.

“Ticarətin asanlaşdırılması: gömrüklərdə risklərin idarə olunması” mövzusunda keçirilən dördgünlük sessiya təşkilata üzv ölkələri təmsil edən işçi qruplarının iclasları, panellər və nazirlər toplantısı şəklində davam edib.

Çıxışlarda İslam həmrəyliyinə nail olmaq, müsəlman xalqlarına qarşı haqsızlıqları aradan qaldırmaq, münaqişələri həll etmək, o cümlədən İƏT-ə üzv ölkələr arasında iqtisadi münasibətləri genişləndirmək, sərmayə qoyuluşunu təmin etmək və sair məsələlərə dair mühüm çağırışlar olub.

Sessiyada Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Azərbaycan nümayəndə heyətinin tərkibinə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və digər rəsmi şəxslər daxil olublar.

Azərbaycan nümayəndə heyəti sessiya çərçivəsində ikitərəfli görüşlər keçirib.
Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed