Şrift:
““Perspolis” tərəfdarlarının Azərbaycan millətini təhqir etməsi bağışlana bilməz”- Azərbaycanlı millət vəkili
30.11.2018 [12:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Bostanabad şəhərinin İran parlamentindəki millət vəkili “Traxtur” komandası ilə görüşdə “Perspolis” tərəfdarlarının Azərbaycan türk millətinin ünvanına səsləndirdikləri təhqiramiz şüar və söyüşlər, həmçinin işğalçı Ermnistana dəstək vermələrinə reaksiya verib.



Məhəmməd Vəhdəti bu barədə noyabrın 28-də yerli “Məclis və Azərbaycan” agentliyinə danışıb.



“Azərbaycanın sevimli komandası olan “Traxtur”un tərəfdarları idman yarışlarında özlərini çox ədəbli və mədəni aparır. Bu, Azərbaycanın zəngin mədəniyyətindən xəbər verir və buna görə onlara təşəkkür düşür. Şübhəsiz ki, görüş zamanı olub-bitənlər komandaların həqiqi tərəfdarları tərəfindən baş verməyib, məqsəd nifaq salmaqdan ibarət olub”- deyə o bildirib.



Millət vəkili sözlərinin davamında vurğulayıb ki, Azərbaycanın böyük millətini təhqir etmək qəbuledilməzdir. Səlahiyyətli məsullardan istəyirik ki, bu məsələni ciddi araşdırsınlar və belə hadisələrin təkrar olunmasına heç bir stadionda imkan verməsinlər.



Ötən günlərdə bir neçə azərbaycanlı millət vəkili oxşar açıqlama ilə çıxış edib.



Noyabrın 25-də Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” və Təbrizin “Traxtur” komandaları qarşılaşıb. Görüş zamanı “Perspolis”in şovinist fars tərəfdarları qondarma “Artsax” yazılmış parça nümayiş etdirərək işğalçı Ermənistana dəstək verdiklərini bir daha brüzə veriblər. Onlar həmçinin Azərbaycan türk millətinin ünvanına müxtəlif şüar və söyüşlər səsləndirib. İrqçilərin bu hərəkəti güney azərbaycanlılar tərəfindən kəskin etirazla qarşılanıb, etirazlar hələ də davam edir.
Bu xəbər oxucular tərəfindən 161 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed