Şrift:
Bir çox azərbaycanlı fəal və “Traxtur” tərəfdarlarını tutduran Ettelaat əməkdaşının kimliyi müəyyən edilib
30.11.2018 [12:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Onlarla “Traxtur” tərəfdarı və çox sayda azərbaycanlı milli-mədəni fəalın saxlanmasına səbəb olan Ettelaat əməkdaşının adı məlum olub.



Kimliyi azərbaycanlı fəallar tərəfindən müəyyənləşdirilən Ettelaat əməkdaşının adı Səməd Cohəridir, o Ettelaat İdarəsinin Təbrizin Saib xiyabanında yerləşən təcrixdanasının rəisidir.



Aşağıdakı şəkil ötən bazar gün Tehranın Azadi stadionunda keçirilən “Traxtur”-“Perspolis” görüşündə çəkilib. S.Cohəri həmin görüşdə həmkarları ilə birlikdə xüsusi fəallıq göstərən “Traxtur” tərəfdarlarını müəyyənləşdirməyə çalışır.

Fars şovinizmi və rejimə satılmış S.Cohərinin “Traxtur”un bütün görüşlərində gizli məmur kimi iştirak etdiyi bildirilir.



S.Cohərinin mərhum mühəndis Qulamrza Əmaninin anım mərasimi və Babək qalası yürüşündə də çox sayda fəalın saxlanmasında iştirak etdiyi bildirilir.
Bu xəbər oxucular tərəfindən 178 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed