Şrift:
Korporativ istiqrazların satışının stimullaşdırılması mexanizmləri müzakirə olunub
01.12.2018 [10:01] - Gündəm, İqtisadiyyat
Azərbaycan Banklar Assosiasiyasında (ABA) korporativ istiqrazların satışının stimullaşdırılması mexanizmləri müzakirə olunub.

ABA xəbər verir ki, "Xəzinədarlıq və fondların idarə olunması üzrə" ekspert qrupunun investisiya şirkətlərinin rəhbərləri ilə görüşü keçirilib. Görüşdə korporativ istiqrazlar bazarının perspektivləri, emissiya olunmuş korporativ istiqrazların satışındakı çətinliklər və korporativ istiqrazların satışının stimullaşdırılması mexanizmləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
Bu xəbər oxucular tərəfindən 467 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed