Şrift:
Ermənistan ordusu cinayətkar aləmin qanunları ilə idarə olunur
03.12.2018 [10:23] - Gündəm, Hərb
Ermənistandakı həbsxanalarla silahlı qüvvələr arasında çoxlu oxşarlıqlar var. Hər iki sahə çox gəlirli biznesə çevrilib.

Bu sözləri mətbuata açıqlamasında Ermənistanın hüquq müdafiəçisi Vardan Arutyunyan deyib.

Onun sözlərinə görə, 1990-cı ildə ordu cinayətkar düşüncələr və ünsürlər əsasında formalaşıb. Həmin dövrdə orduya çoxlu sayda cinayətkar ünsürlər cəlb olunub. Ordu da məhz həmin cinayətkar ünsürlərin düşüncələri və “oğru qanunları” əsasında idarə olunur.

Hüquq müdafiəçisinin fikirlərini müdafiə edən mətbuat yazır ki, Ermənistanda ordu çox gəlirli biznesə çevrilib. İnsanı soruşmadan orduya çağırırlar və o, dərhal Dağlıq Qarabağa göndərilir. Sonra da onun Dağlıq Qarabağa “könüllü” getdiyi bildirilir.

Hərbi komandanlıq hesab edir ki, əsgəri söymək, təhqir etmək, ac saxlamaq lazımdır. Belə olan halda əsgərin ailəsi onu ərzaq, paltar və digər lazımi əşyalarla təmin edəcək. Komandirlər sonra da bunun “həyat məktəbi” olduğunu iddia edirlər.

“Həbsxanalarda da yataq yeri və digər gündəlik tələbat malları pulla satılır. Burada da insanın söz demək, tələb etmək hüququ yoxdur. Əgər bu böyük biznesdirsə deməli kimlərsə bundan yaxşı qazanc əldə edir”, - deyə, mətbuatda vurğulanır.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 534 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed