Şrift:
Heydər Əliyev Sarayında Aşıq Şəmşirin anadan olmasının 125 illiyi qeyd ediləcək
04.12.2018 [10:26] - Afişa
Dekabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin 125 illik yubileyi qeyd ediləcək.

Saraydan bildirilib ki, yubiley gecəsində aşıq poeziyasının ən tanınmış və məşhur simaları iştirak edəcəklər. Aşıqların ifasında ustad sənətkarın əsərləri səsləndiriləcək.

Qeyd edək ki, ustad sənətkar bənzərsiz ifası, şirin avazı, özünəməxsus çalğısı və qələmə aldığı gözəl sənət nümunələri ilə Azərbaycan aşıq yaradıcılığında mühüm yer tutub və aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsinə böyük əmək sərf edib.

Tədbirin biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.
Bu xəbər oxucular tərəfindən 819 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed