Şrift:
Azərbaycan Ümumdünya Mədəniyyət və Turizm Konfransında təmsil olunur
04.12.2018 [10:28] - Mədəniyyət
BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və UNESCO tərəfindən birgə təşkil olunan üçüncü Ümumdünya mədəniyyət və turizm konfransında Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Mədəniyyət Nazirliyindən bildiriblər ki, konfrans BMT-nin Davamlı İnkişaf Məqsədlərinin implementasiyasına töhfə vermək üçün mədəniyyət və turizm sahələri arasında inklüziv əlaqələrin qurulması və mədəni mübadiləni aktivləşdirmək üçün turizmin inkişafının təşviq edilməsi məqsədilə təşkil olunub.

Konfransın əsas seqmenti nazirlər toplantısıdır. Dünya ölkələrinin mədəniyyət və turizm üzrə məsul olan nazirlərini bir araya gətirən bu toplantıda çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov Azərbaycanın zəngin mədəni irsi və turizm potensialından bəhs edərək son illərdə hər iki sahənin inkişafı üçün atılan addımlar və həyata keçirilən tədbirlər barədə məlumat verib.

Konfrans çərçivəsində, həmçinin mədəni turizm vasitəsilə şəhərlərin davamlı və kreativ inkişafı, mədəni müxtəlifliyi və irsi qorumaq, rəqəmsal transformasiya vasitəsilə mədəni turizmi hamı üçün əlçatan etmək mövzularında tematik sessiyaların keçirilməsi də nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 492 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed