Şrift:
Təbriz Universitetinin Azərbaycanşünaslıq Dərnəyinin Baş Assambleyası keçirilib
04.12.2018 [11:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dekabrın 2-də Təbriz Universitetinin Azərbaycanşünaslıq Dərnəyinin Baş Assambleyası keçirilib.

Dərnək məsullarının uzun müddətdir planlaşdırdığı tədbir Mərkəzi binanın şəhid Şəfayi salonunda Təbriz vaxtı ilə saat 12:30-da baş tutub.

Tədbiri giriş sözü ilə açan aparıcı xanım Nurizadə iştirakçıları salamladıqdan sonra yığıncaq haqda qısa məlumat verib. Bundan sonra dərnəyin katibi Məhəmmədrza Abdullahi təmsil etdiyi qurumun keçmiş fəaliyyəti, qarşısına qoyduğu məqsəd və gələcək proqramları ilə bağlı çıxış edib. O çıxışı zamanı dərnəyin fəaliyyətinə olan müxtəlif baxışlar, həmçinin qurumun fəaliyyətinin mədəniyyət və ya siyasətdən ibarət olması mövzusuna da toxunub.

Bundan sonra dərnəyin keçmiş fəaliyyətləri ilə bağlı bir klip nümayiş etdirilib. Tədbirin davamında dərnəyin üzvləri Hadi Heydəri , Dəniz Səmədpur, Hadi Əqdəsi, Cavad Allahyari, Səhər Şükri, Əmir Bədri, Əli Müseyibi, İsa Nəzəri və Şayan İntizari türkcə maraqlı şeirlər oxuyublar. Tədbir iştirakçıları Şayan İntizari tərəfindən ifa olunan Azərbaycan musiqisini də dinləyib.

Təbriz Universitetinin Azərbaycanşünaslıq Dərnəyinin Baş Assambleyası Azərbaycan mədəniyyəti haqda klip izlənildikdən və xatirə şəkilləri çəkildikdən sonra başa çatıb.

N.S
Bu xəbər oxucular tərəfindən 605 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed