Şrift:
Ölkənin ən böyük aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forumuna 5 gün qaldı
05.12.2018 [10:22] - Gündəm, İqtisadiyyat
Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Forum keçiriləcək. Dünyanın 15-ə yaxın ölkəsindən 35 xarici mütəxəssisi bir araya toplayacaq forum Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

“Yaşıl gələcək üçün innovasiyalar” şüarı altında keçiriləcək Beynəlxalq Forumun 10-11 dekabr 2018-ci il tarixlərində ADA Universitetində keçirilməsi planlaşdırılır.
Dünyanın 4 bir yanından bu sahə üzrə ən uğurlu startaplar, şirkət sahibləri, elm xadimləri və tədqiqatçılar, vençur kapitalistlər, visionmakerlər, eyni zamanda ölkəmizdə artıq bu sahələr üzrə sözünü demiş mütəxəssislər sizlərlə öz təcrübələrini paylaşacaqlar.

Iki gün davam edəcək Forumun aşağıdakı panellər üzrə keçirilməsi planlaşdırılır:
Energetika və aqrar texnologiyaların gələcəyi;
Aqrar və yaşıl enerji üçün texnologiyalar;
Aqrar və energetika texnologiyaları üzrə Akademiya;
Siyasətin təsiri;
Yeni innovativ ekosistemlər;
Fermerlər üçün seksiya;
Aqrar sahə və energetika üçün biznes: AgTech sessiyası;
Aqrar sahə və energetika üçün biznes: Green Energy sessiyası;
Startap və İnnovasiya Ekosistemi Seminarı

Forumun keçirilməsində digər məqsəd qlobal texnologiya şirkətləri, startaplar, fermerlər və digər maraqlı tərəflər arasında əməkdaşlıq yaratmaqdır. Bununla əlaqədar olaraq Startaplar və Fermerlər üçün seminarlar keçiriləcək.

Startaplar üçün keçiriləcək seminar mövzuları aşağıdakılar olacaq:

Kənd Təsərrüfatının Rəqəmsal dönüşümü seminarı
Kənd Təsərrüfatı sahəsində yeni informasiya texnologiyalarına keçid
Dünyada və Azərbaycanda kənd təsərrüfatı sektorunda yenilikçi İKT texnologiyalarının mövcud istifadə
Azərbaycanda aqro-sənaye komplekslərində müasir İKT texnologiyalarına çıxış
Azərbaycanda müasir agro startupların fəaliyyəti
Böyük aqrobiznes problemlərinin müəyyən edilməsi və startap həllərinin bu problemlərə tətbiqi

Fermerlər üçün keçiriləcək seminar mövzuları aşağıdakılar olacaq:

Aqrar innovasiyaların tətbiqi üzrə seminar
Kənd Təsərrüfatı innovasiyalarının tətbiqi üzrə qısa icmal
Müasir kənd təsərrüfatı layihələri və intensiv təsərrüfata keçid
Yığım, müvəqqəti qablaşdırma və saxlama
Marketinq və logistika
Azərbaycanın innovativ fermerləri ilə müzakirələr

İnnovasiyalarla gələcək "Yaşıl gələcəy"in indidən bir parçası olun. www.agtech.az (https://www.facebook.com/AgTech.az/)
Bu xəbər oxucular tərəfindən 94 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed