Şrift:
“Bütöv Azərbaycan”ın 10 yaşına
05.12.2018 [14:28] - Gündəm, Bildiriş, DAVAMın yazıları
Mətbuat aləmində öz dəst-xətti ilə, ideya məfkurəsi ilə jurnalistika və qəzetçilik ənənələrinə sadiq qalaraq, bütün sədləri özünəməxsus inamla keçən “Bütöv Azərbaycan” 10 yaşına gəlib çatdı. Öncə qəzetin bütün əməkdaşlarını,başda baş redaktor Tamxıl Ziyəddin oğlu olmaqla təbrik edirik. Səhifələrində mənim də yazılarıma həmişə yer verən “Bütöv Azərbaycan” bu on ildə ən başlıcası oxucu sevgisi qazanıb. Bu mətbuat orqanı çox vaxt təmənnasız öz oxucularına xidmət edib.
“Bütöv Azərbaycan” öz yolu olan, lakin bu yolda bədxahların da “nişangah”ına tuş gəlib. Çox vaxt bu qəzetə qısqanclıq zəminində yanaşılıb. Onun maliyyələşməsində, ona dəstək verməkdə “mətbuat dəlları”nın dəfələrlə qəzəbinə gəlib. Ancaq “Bütöv Azərbaycan” oxucu sevgisi qazanaraq, çətin də olsa öz amalına, məsləkinə sadiq qalaraq, iri addımlarla irəliləməkdə davam edir. “Bütöv Azərbaycan” indi öz gənclik dövrünü yaşayır. Gündən-günə öz öxucu auditoriyasını genişləndirir, maraqlı yazılarla, xəbərlərlə, mətbuat aləmini zənginləşdirir. Tutduğu bu şərəfli yolda, “Bütöv Azərbaycan”a öz sayğılarımızı yetirir, qəzetin 10 yaşını təbrik edirik. Gedəcəyiniz yol tükənməsin!

“Bütöv Azərbaycan”ın 10 yaşına

Vəli Səmədli,
AJB-nin üzvü
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed