Şrift:
MEK rəhbəri: Kitabxanalar akademik icmanın mərkəzinə çevrilməlidir
05.12.2018 [15:11] - Gündəm, Mədəniyyət
Dekabrın 5-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fəaliyyətinin 90 illiyi münasibətilə “Kitabxanalar-ənənələr və innovasiyalar” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransda XXI əsr kitabxanalarında ənənələr və innovasiyalar, kitabxana quruculuğu və gənclər siyasəti, müasir kitabxanalarda milli irsin qorunması, təbliği və s. məsələlərə dair məruzə və çıxışlar səsləndirilib.

Tədbirdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanova “Müasir kitabxanalarda akademik informasiya xidmətlərinin xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. L.İmanova məruzəsində bildirib ki, 1998-2018-ci illərə aid rəqəmsal informasiyanın idarəolunma proseslərini analiz etdikdə bir sıra problemlərin dinamikası aşkar izlənilir. Qeyd edib ki, 20 il öncə çap sənədlərin elektron formata keçirilməsi, elektronlaşmanın maliyyə baxımından daha sərfəli başa gəlməsi, elektron məlumatın şəbəkə çərçivəsində yayımlanması, rəqəmsal bazaların və elektron kataloqların formalaşdırılması, elmi elektron məlumat bazalarının düzgün təqdim olunması problem olaraq müzakirə olunurdu. Bu gün problemlərin tamamilə başqa müstəviyə keçdiyini deyən MEK rəhbəri hazırda kitabxanaların üzləşdiyi çətinlikləri sadalayıb. L.İmanova kitabxanaların akademik icmanın mərkəzinə çevrilməsi, mövcud e-kataloq və bazaların tətbiqi aspektləri, elmi informasiyanın yayımlanmasında nüfuzlu elmi nəşrlərdən sonrakı dövrü, informasiyanın idarə olunmasına dair bilik və bacarıqların inkişaf etdirilməsi, onun sərbəst ensiklopedik resurslarda tətbiqi, kiber və kontent təhlükəsizliyi, bulud serverlərdə saxlanılmasının hüquqi aspektləri, eləcə də mövcud informasiya mənbələrinin arasından etibarlı elmi mənbənin seçilməsi və təqdim olunması, müəllif hüquqlarının qorunması və s. məsələlərin cari problemlər hesab edildiyini vurğulayıb.

L.İmanova səsləndirilən problemlərin MEK tərəfindən həlli istiqamərində görülən işlərdən də danışıb. Kitabxananın ən böyük layihərindən olan Milli Rəqəmsal Yaddaş (MRY) layihəsinin həyata keçirildiyini, MRY-nin elmiləşdirilib başqa istiqamətlərə tətbiq olunduğunu, Vahid İdarəetmə Sisteminin praktiki olaraq icra edildiyini, MEK-in “Vikipediya” Metodik Mərkəzinin fəaliyyəti, həmçinin informasiya təhlükəsizliyi və müəllif hüquqlarının qorunması yönündə görülən ardıcıl tədbirləri diqqətə çatdırıb.


AMEA Mərkəzi Elmi Kitabxana
Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bu xəbər oxucular tərəfindən 521 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed