Şrift:
Akademik Mehdi Mehdizadənin tələbə yoldaşlarını tanıyırsınızmı?
06.12.2018 [09:52] - Gündəm, DAVAMın yazıları
Bir dəfə yolum Şamaxıya düşmüşdü.Oğlum o vaxtlar Moskvada
stomatoloji klinikaların birində işləyirdi;Moskva həkimlərindən xarici
tibbi yenilikləri öyrənməyə getmişdi.Odur ki, səyahətə onun Laçınlı dostu
doktor Elnurun təzə aldığı "Moskviç"lə çıxmışdıq.
Bakıya qayıdanda yolda POLADLI kəndinin göstəricisini görəndə həm ərklə, həm də
utana-utana Elnura dedim ki, Elnur,bəlkə Poladlıya da dəyək.Bir tələbə yoldaşım
orada yaşayır, çoxdandır görmürəm.
Düzü, Elnurun maşınını 4-5 saat istismar etdiyimizdən xəcalət çəksəm də,
incəvara, o bir söz demədi.Ürəyində Moskvaya Rəsulun ünvanına nə
göndərdiyini deyə bilmərəm.
Nə isə....Yolda o tərəflərə avtobus gözləyən bir nənə və onun iki kiçik
nəvəsini də özümüzə bələdçi etdik.Nənə eşidəndə ki,Ələkbər müəllimgilə
gedirik,dedi ki,rəhmətlik yaxşı adam idi,Allah rəhmət eləsin.Bir az tutuldum,
düşündüm ki,bəlkə səhv eləyir. Bəlkə onu başqa adamla qarışıq salır.
...Düz deyirmiş.Ələkbər müəllim bir neçə il bundan qabaq vəfat edibmiş.
...Onlar-bələdçilərimiz Yekəxanada düşdülər,biz yolumuza davam etdik.Kənddə
məscidin yanında rəhmətliyin evinin yerini soruşanda bir nəfər heç
nə demədən maşınımıza əyləşdi.Sən demə bu, Ələkbər müəllimin dərs dediyi
şagirdlərdən biri imiş. Küçə qapısını döyməyə ehtiyac olmadı.Uşaqlar hansı yollasa,
Ələkbər müəllimin oğlu Şəhriyar müəllimə xəbər çatdırıblarmış...
Şəhriyar Ələkbərin böyük oğludur.Tarix müəllimidir.Onu birinci dəfə idi ki, görürdüm.
Yolda eşitdiyimiz xəbərə görə üzrxahlıq etdim,baçsağlığı verdik,həyatda var
olanlarına uzun ömür arzuladıq.Molla gəldi,rəhmətliyi yada saldıq.
Kənd adətinə görə,biz qonaqlarla salamlaşmağa, bizi görməyə qohum-əqrəba yığışdı.
Sağ olsunlar,Ələkbər müəllimi yaxşı insan,savadlı müəllim kimi yaxşı
qiymətləndirdilər.
Məqsədimiz bir az əyləşəndən sonra geri qayıtmaq idi.
İmkan vemədilər,belə məsləhətləşdik ki,axşamtərəfi yola çıxarıq.
Həyətdə qohum-əqrəbaların köməyi ilə qonaqqarşılama tədbirinə hazırlığa başlamışdılar.
Belə yerdə adam özünü naqolay vəziyyətdə hiss edir.Düşünürsən ki,ev yiyəsini
çətinliyə salırsan.Şəhriyar mənim narahatçılığımı hiss edib, söhbəti atasının
yaxın dostlarına yönəltdi.Mən onunla sonuncu dəfə 5-10 il bundan əvvəl əlaqə
saxladığıma görə,təbuii ki,özümü bu sıradagörmürdüm.Sən demə,Ələkbərin sağlığında
bu evə tələbə yoldaşlarımızdan bir neçəsi gəlibmiş.Ən çox yadda qalanı
Əbülfəz Məmmədov idi. V kursda oxuyanda ilk kitabı çıxan Əbülfəz Naxçıvanlı...
Əbülfəzin saatlarla bu evdə şeir oxuduğunu başqaları da dedilər.
Təsəvvür edirəm,Əbülfəz həmişə məclislərdə ən çox yaxşı söz deyənlərdən idi.
Tələbə yoldaşımız Şamaxılı Ramiz Baxışov bu kəndlə qohum olub.
Şəhriyar atasının tələbə yoldaşları ilə cəkdirdiyi şəkilləri gətirdi, onların çoxu
haqqında maraqlı söhbətlər etdi.
Mənim də şəklim üzə çıxdı-Ağsulu raykom işçisi Xəyyam Mirzəliyev,Ələkbər və mən.
Şəkillərin bir neçəsi divardakı çərçivələrdən bizə tərəf boylanırdı.Mən bu şəkillərin
cərgəsində yox idim.Bu da təbii idi,tələbə dostlar çox vaxt bir-birlərini tez unudurlar.
Ünsiyyət insanların bütün ömrü boyu davam etməlidir. İnsanlar gərək bir-birlərini
unutmasınlar.
Şəhriyar atasının kitabxanasını sıliqə ilə saxlayır.Hiss edirsən ki,ixtisasca tarix
müəllimi olan Şəhriyar Azərbaycan ədəbiyyatını da,Azərbaycan dilini də yaxşı bilir,
o, dünyagörüşünə görə həmyaıdlarının çoxundan yaxşı mənada fərqlənir.Sonralar
o, AMEA Şərqşünaslıq İnstitutunun dissertantı olanda mən o vaxt fikrimdə
yanılmadığımı hiss etdim.
Şəhriyarla axırıncı dəfə 2-3 il bundan qabaq zəngləşmişəm.oğlu olmuşdu.Sevinclə
xəbər veridi ki, əmi, oğlumuz oldu,adını da Ələkbər qoyduq...
Onda mən yolda idim...Səhv eləmirəmsə, kiçik qardaşımın qırx mərasiminə gedirdim..
Çətin məqamları yaşasam da,özümü cəmləşdirdim,Şəhriyarı ürəkdən təbrik etdim:
Adı ilə böyüsün,Şəhriyar.Deməli, indi Poladlıda yenə də Ələkbər Əliyevin adı
çəkiləcək. Babasına layiq övlad olsun....
..Şəhriyar biz qocalara baxanda çox istiqanlı ziyalıdır.Bakıya dostumuz,tələbə yoldaşımız
İsa Əliyevin matəm mərasiminə gəlmişdi.Halbuki o məclisdə tələbə yoldaşlarımızın
bir neçəsinə zəng etsək də, heç biri vaxt və sağlamlıq imkanı tapmamışdı.
Olur da...Onsuz da insanların istəyindənasılı olmayaraq, həyat davam edir.
Şəhriyar arayıb,axtarıb Əbülfəzi də tapmışdı.Bunu mənə deyəndə danışğından
hiss etdim ki,əmi-bala yaxşı ünsiyyət qurublar.
Əbülfəzin ölüm xəbərini mən çox gec eşitdim.Sonralar ailələrinə başsağlığı göndərdim.
Mənə elə gəlir ki,Şəhriyar o məclisdə mütləq iştirak edib. O,Əbülfəzi müasir
şeirimizin nadir yaradıcılarından biri heab edirdi.
Şəhriyar paylı-peşkəşli qonaqladandır.Hər dəfə bizə gələndə əlidolu gəlirdi. Mən ona
bu xasiyyəti dəyişməyi,deyəsən,tərgidə bildim.Mənə elə gəlir ki,bəzən ünsiyyət elə bu
əlidoluluğa görə yavaş-yavaş sönməyə başlayır.Ünsiyyətin qarşılıqlı olması üçün o qədər də
utandırıcı dəm-dəstgah olmamalıdır.
İnsanlar, bir-birinizlə səmimi olun.Həyat - gözəldir.Bu gözəlliyin də hamının
ürəyincə olannəsnələri var.
Sizi dostluğa,səmimiyyətə dəvət edirəm.Gəlin, hamımız babalarımızın dostluğunu
davam etdirək,bir-birimizi unutmayaq...

Nazim Nəsrəddinov.
06.12.2018.

P.S.Mən bu yazını bu gün yazası deyildim.Fikirləşirdim, müəyyən bir forma,üsul axtarırdım.
1921-cidəBakıda yaradılmış Azərbaycan Ali Pedaqoji İnstitutunun 1926-cı il məzunları
haqqında materialları araşdırırdım.Birdən ağlıma gəldi ki, görəsən AAPİ-nun 1926-cı il
məzunlarından biri olan Çəbrayılli akademik Mehdi Mehdizadənin tələbə yoldaşları
kim olub?
Aha...Tapdım və sevindim.Onlardan ikisini, yəqin ki,çoxlarınız da tanıyır; şair və tərcüməçi
Mikayıl Rzaquluzadə, istiqlal şairimiz Əhməd Cavad-Cavad Axundazadə.
Mehdi Mehdizadənin digər tələbə yoldaşlarının bir qrupunun siyahısını Sizlərə ünvanlatıram.
Qobustanlı Şərriyar müəllim Sizlərə görk olsun. Dostluğa,yaxşı ənənələrə sadiq insan kimi.
yaxşı dost kimi...axıatanın yaxşı oğlu kimi...
Nəsillərin dostluğunu davam etdirin.
Vallah, dünyada ən böyük nemət can sağlığıdır,yaxşı adamlarln yaxşılığa xidmət edən
ünsiyyət mədəniyyətidir.
*****
Görəsən, AKADEMİK MEHDİ MEHDİZADƏ nazir olanda tələbə yoldaşlarına
qayğı göstəribmi ?
Mehdi Mehdizadənin tələbə yoldaşlarlnı siz də tanıyın
1926-ci ildə Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirənlərin bir qrupunun siyahısı

FİZİKA - RİYAZİYYAT FAKÜLTƏSİni bitirənlər
1.Sahib Hüseynzadə-Lənkəran
2.Həsən Həsənzadə-Ağdam
3.Mehdi Mehdizadə-Cəbrayıl
4.Mustafa Cabbarzadə-Nuxa
5.Mustafa İsmayılzadə-Ağdaş
6.Nəsib Qasımzadə-Gəncə
7.Hüseyn Həmidzadə-Gəncə
8.Rəsul Rəhimli-Şamaxı
9.Firudin Mahmudbəyli-Şamaxı
10.Rizvan Kaşizadə-Nuxa
11.Əlişah Məhəmmədov -Nuxa
12.Səfər Ramazanov-Lənkəran
13.Tofiq Ağayev-Şamaxı
14.Kərim Kərimzadə-Göyçay
15.Hacıbala İsmayılzadə-Göyçay
16.Sadıq İbrahimzadə-Göyçay
17.Soltan Ağazadə-Göyçay
18.Bəhmən Məhəmmədzadə-Şuşa
19.Ələşrəf Hacızadə-Nuxa
20.Abbas Abbaszadp-Təbriz
21.Ziya Azaqbəyli-Nuxa
Təbiət aqronomluğu fakültəsini bitirənlər
1.Məmmədbağır Əlizadə-Göyçay
2.İdris Musazadə-Gəncə
3.Hacı Hacızadə-Gəncə
4.Əmin Abdullazadə-Şamaxı
5.Yusif Mahmudzadə-Göyçay
6.Yəhya İsmayılzadə-Göyçay
7.Musa Əfəndizadə-Ağdaş
8.Zahid Əlizadə-Nuxa
9.Həsən Əfəndizadə-Nuxa
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed