Şrift:
Rusiyanın xarici işlər naziri Bakıya səfər edəcək
06.12.2018 [10:23] - Gündəm, Siyasət
Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

Bu barədə Rusiya XİN-də keçirilən brifinqdə nazirliyin rəsmisi Mariya Zaxarova məlumat verib.

“Tədbirdə Azərbaycanın bu strukturda yarım illik sədrliyi dövrünə yekun vurulacaq. İqtisadi əməkdaşlıq üzrə regional gündəliyə daxil olan məsələlərin geniş dairəsi müzakirə olunacaq. Rusiya qarşıdakı tədbirdən gündəlikdəki əməkdaşlıq məsələlərinin həllində irəliləyişə nail olmaq üçün istifadə edəcək”, - deyə M.Zaxarova vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed