Şrift:
Gürcüstanın yeni Prezidentinin andiçmə mərasimi Telavidə keçiriləcək
06.12.2018 [10:26] - Siyasət
Gürcüstanın yeni Prezidentinin andiçmə mərasimi paytaxt Tbilisidə deyil, Kaxeti bölgəsində keçiriləcək.

Andiçmə mərasiminin dekabrın 16-da Telavi şəhərində keçirilməsi nəzərdə tutulub. Kaxeti bölgəsinin qubernatoru İrakli Kadaqişvili mətbuata açıqlamasında deyib ki, mərasimin şəhər ərazisindəki “Batoni” qala sarayında keçirilməsi planlaşdırılıb. Bununla belə, hələlik mərasimə hazırlıq işlərinə başlanılmayıb. Bildirilib ki, “Batoni” qalası 1762-1782-ci illərdə Gürcüstanın sonuncu çarı II İraklinin rezidensiyası olub.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda müstəqil namizəd Salome Zurabişvili səslərin 60 faizini toplamaqla rəqibi Qriqol Vaşadzeyə qalib gəlib. Yerli mətbuatın yazdığına görə, S.Zurabişvili həm birinci, həm də ikinci turda Telavidə rəqibinə uduzub.
Bu xəbər oxucular tərəfindən 424 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed