Şrift:
Fransada yanacaq vergisinin artırılması qərarı ləğv edilib
06.12.2018 [10:44] - Gündəm, Siyasət
“Fransada yanacaq vergisinin artırılması ilə bağlı qərarın tətbiqi nə dondurulmur, nə də ki, başqa vaxta keçirilmir. Yanacaq vergisinin artırılması qərarı ləğv edilir”.

Bunu dekabrın 5-də Fransa Prezidenti Emmanuel Makron bəyan edib.

Milli Assambleyada çıxışı zamanı Baş nazir Eduard Filip yanacaq vergisinin artırılması barədə qərarın 6 aylıq dondurulacağını bildirmişdi. Ancaq “Sarı jiletlilər” aksiyasının üzvləri bu qərarla razılaşmamış və aksiyanı davam etdirəcəklərini bildirmişdilər.

Hökumət yanacaq vergisinin artırılması barədə qərarını donduracağını elan etdikdən sonra ölkədə yenidən dekabrın 8-də etiraz aksiyalarına çağırışlar olunmuşdu. Bu çağırışlardan sonra Parisdə keçirilməsi planlaşdırılmış bir çox tədbirlər ləğv edilib, futbol üzrə ölkə çempionatının 2 matçının vaxtı dəyişdirilib.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed