Şrift:
İran parlamentinin 18 deputatı istefa verib
06.12.2018 [11:04] - Güney Azərbaycan xəbərləri
İran parlamentinin 18 deputatı İsfahandakı su kəmərlərinin maliyyələşdirilməsinin 2019-cu ilin büdcəsindən çıxarılmasına etiraz olaraq istefa verib.

Bu barədə İsfahan şəhəri yaxınlığındakı Firidunşəhrdən millət vəkili seçilmiş Əkbər Türki məlumat verib.

O, istefa verən deputatların hamısının İsfahanı təmsil etdiklərini söyləyib.

İsfahanın digər deputatı Nasir Musəvi Lərgani də Prezident Həsən Ruhaninin su təchizatı məsələsinin həll olunacağı barədə həmyerlilərinə verdiyi vədə əməl etmədiyini və Zəyəndəh çayının qurumasına qarşı heç bir tədbir görülmədiyini vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 422 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed