Şrift:
Təbrizin Səhənd Sənaye Universitetinin öyrənciləri etiraz yığıncağı keçirib
06.12.2018 [11:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin Səhənd Sənaye Universitetinin öyrənciləri bundan əvvəl irəli sürdükləri tələblərin təmin edilmədiyinə etiraz olaraq aksiya keçiriblər.



Onlar bu məqsədlə dekabrın 4-də bir araya gələrək “Qeyrətli öyrənci; etiraz, etiraz” və “Öyrənci ölər, zilləti qəbul etməz” şüarları səsləndiriblər. Öyrəncilər həmçinin yeməklərin keyfiyyətinə etiraz edərək yeməklə dolu qabları universitetin həyətində yerə düzüblər.



Öyrəncilər universitet məsullarını onların tələblərinə laqeyd yanaşmaqda günahlandırıb. Onlar əsasən hökumətin universitetdə tətbiq etdiyi bəzi siyasətlər və universitetin verdiyi xidmətlərin zəif olmasına etiraz bildirib.



Öyrəncilər universitetin təhlükəsizlik mühitinə çevrilməsi və bir çox xidmətlərin ödənişli olduğundan da şikayətlənib.



Oxşar yığıncaqların Tehranın Əmir Kəbir Sənaye Universiteti, Tehranın Əllamə Təbatəbayi və Kirmanşahın Razi universitetlərində keçirildiyini bildirilir.
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed