Şrift:
Papağını başına qoy, fikirləş..
07.12.2018 [09:32] - Gündəm, DAVAMın yazıları
( Şuşaya aid bir şəklin düşüncələri )



***
Ömür uçur,gün uçur,

Bu yerləri görmədim.

Yer dağılır, göy uçur,

Gileyləri görmədim.

***
Hamı durur yuxudan,

Günlər adi gün olur.

Həyatda vurhavurdur,

Toy olur,düyün olur..

***
Qalstuklar böyüüb,

Boyunun bağı kimi.

Bu bağları görmürlər,

Ürəyin dağı kimi.

***
Özünüzə baxmayın,

Güzgüləri tullayın.

Etinasız hər kəsi,

Öz belinə çullayın.

***
Aman...Təklik əlindən,

Yaman təklik əlindən...

Niyə düzəlmir dünya

Belə səylik əlindən...


Nazim Nəsrəddinov.

Bakı,06.12.218.
Bu xəbər oxucular tərəfindən 776 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed