Şrift:
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti İstanbulda bir sıra görüşlər keçirib
07.12.2018 [10:52] - Mədəniyyət
İstanbulda BMT-nin Dünya Turizm Təşkilatı (UNWTO) və UNESCO tərəfindən birgə təşkil olunan 3-cü Ümumdünya Mədəniyyət və Turizm Konfransına müxtəlif ölkələrdən gələn mədəniyyət və turizm nazirləri, beynəlxalq təşkilatların rəhbərləri, dünya turizm və mədəniyyət sahəsində aparıcı mütəxəssislər qatılıb.

Konfransda Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Әrsoy və BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvilinin dəvəti ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da iştirak edib.

Konfrans çərçivəsində G.Əfəndiyeva həmkarları, o cümlədən UNWTO, ISESCO, IRCICA və TÜRKSOY-un rəhbərləri ilə görüşüb və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparıb.

Qeyd edək ki, konfransda iqtisadi artım, sosial inkişaf, turizm və mədəniyyətin qorunması sahəsində birgə əməkdaşlıq imkanlarının müəyyən edilməsi üzrə müzakirələr aparılıb.
Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed