Şrift:
Voleybol yarışı zamanı “Haray haray mən türkəm” şüarı səsləndirilib – Urmiyədə / VİDEO
07.12.2018 [12:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyədə bu şəhərin “Şəhrdari” və Sircanın “Fulad” voleybol komandaları arasında keçirilən görüşdə milli şüarlar səsləndirilib.



Super liqa yarışlarının 11-ci həftəsində keçirilən görüş çərşənbə günü “Durnalar yuvası” (Qədir) stadionunda baş tutub. Görüşdə 2000-dən çox soydaşımız tamaşaçı qismində iştirak edib.



“Şəhrdari” tərəfdarları oyunun birinci dəqiqələrindən milli şüarlar səsləndirib. Onlar ən çox “Haray haray mən türkəm” və “Sən çağırsan gələrəm mən, sən yaşa Azərbaycan” şüarı ilə çıxış ediblər.



Oyun 1:3 hesabı ilə Sircan komandasının xeyirinə yekunlaşıb.


Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed