Şrift:
Türkiyədə çox sayda insan tələfatına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib
08.12.2018 [09:33] - Gündəm, Hadisə
Türkiyənin Diyarbakir-Mardin yolunun Çınar rayonundan keçən hissəsində çox sayda insan tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Diyarbəkir Böyükşəhər bələdiyyəsinə məxsus, şəhərdaxili marşrutda hərəkət edən sərnişin avtobusu arxadan ağır tonnajlı yük maşınına çırpılıb. İlkin məlumata görə, avtobus sürücünün idarəetməni itirməsi nəticəsində baş verən qəzada 4 nəfər həlak olub, 5-i ağır olmaqla 25 nəfər yaralanıb. Qəzaya səbəb kimi havanın yağışlı və dumanlı olması göstərilir.



Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 502 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed