Şrift:
Anneqret Kramp-Karrenbauer XDİ-nin yeni sədri seçilib
08.12.2018 [10:57] - Xəbərlər, Siyasət
Dekabrın 7-də Hamburqda keçirilən Xristian-Demokrat İttifaqının (XDİ) qurultayında partiyanın yeni sədri seçilib.

Qurultayda səsvermənin ikinci turunun nəticələrinə görə, XDİ-nin sədri vəzifəsinə Anneqret Kramp-Karrenbauer seçilib. Beləliklə, 999 nümayəndədən 517-si Angela Merkelin xələfinə səs verib. Daha bir namizəd – Fridrix Merts 482 səs toplayıb.

Xatırladaq ki, Angela Merkel bu qurultayda sədrlik postuna namizədliyini irəli sürməyib. O, səlahiyyət müddətinin sonunadək olan müddətdə - 2021-ci ilə qədər AFR-in kansleri olacaq.

Vüqar Seyidov
Bu xəbər oxucular tərəfindən 539 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed