Şrift:
"Ziya" qəzeti-140 (1879,yanvar,Tiflis-1884,iyun,Tiflis)
10.12.2018 [09:30] - Gündəm, DAVAMın yazıları
"Ziya" qəzetindən xəbərsiz olan ziyalılarımız
və yaxud
"Ziya" qəzetinin qaranlıqda və alatoranlıqda qalan tərcümeyi-halı


"Ziya" nə "Ədalət" qəzetidir, nə də "525-ci qəzet".
"Ziya" nə "Olaylar"dır,nə də ki "İki sahil".
"Ziya"- " Əkinçi" də deyil. "Ziya " - ziyadır.
Özü də maarif ziyası, dil ziyası, söz ziyası...

"Ziya" nə "Molla Nəsrəddin"dir,nə də "Füyuzat".
Hərəsinin ictimai fikir tariximizdə öz yeri var.Hərəsi ictimai fikir tariximizdə öz sözünü
deyir.

"Ziya"- "Əkinçi"nin kiçik qardaşıdır. "Əkinçi" adı ilə türk dünyasında tanınan mətbu orqanın 1875-1877-ci illərdə Bakıda cəmi 56 nömrəsi çap olunub. 57- ci nömrə isə senzuraya şübhəli görünən bir materiala görə çapa imzalanmayıb.Həmin yazı dəyişdiriləcəyi təqdirdə qəzet öz işini davam etdirə bilərdi. "Əkinçi" öz nəşrini dayandırmağa məcbur ediləndən sonra da iki il rəsmi sənədlərdə fəaliyyətdə olan qəzet kimi tanınmışdır. Senzura qaydalarına əməl edəcəyi təqdirdə Həsən bəy Zərdabi "Əkinçi"nin ömrünü xeyli uzada bilərdi.

"Əkinçi"dən bir il 3 ay sonra nəşrə başlayan "Ziya" qəzetində Həsən bəy Zərdabinin qəzetçilik ənənələri uğula davam etdirilmişdir. Təəssüf ki, H.Zərdabi Səid Ünsizadənin ona təklif etdiyi istanbul və ya Tehran müxbirliyi vəzifəsini qəbul etməmişdir.


Sovet dönəmində Əkinçi dövrün siyasətinə uyğunlaşdırılsa da,Ziya həmişə kölgədə qalmışdır.Qəzetin naşiri və redaktoru Zaqafqaziya Əhli-Təsənni idarəsini üzvi di.O,bu vəzifə çərçivəsində böyük maarifçilik işlər i görür,Azərbaycanda və türkdilli digər məkanlarda yeni tipli məktəblərin yaradılması yolunda əhəmiyyətli fəaliyyət göstərirdi.

.Gün geçdi, ay gəldi, il gəldi. Hələ bundan sonra da günlər keçəcək, aylar gələcək, ay il olacaq, illər əsrlərın hörgüləri kimi tarıxdə bərqərar olacaq.
Məni belə danışdıran 139 il bundan əvvəl dünyaya Tiflisdə göz açan, göz açan kimi də sadə türki dilimizdə maarifimiz, təhsilimiz, dinimiz və dilimiz , imanımız, gələcəyə gümanımız haqqında gah şirin-şirin, gah da acı-acı danışırdıan, özünə həm dost, həm də düşmən tapan, nə az, nə çox- düz yüz otuz beş yaşlı "Ziya" qəzetidir.

Mən yazılarımın birində "Ziya" qəzetinin 18 yanvar 1879-cu ildə nəşrə başladığını yazmışdım.Sonrakı tədqiqatlar göstərdi ki, "Ziya"nın tarixi 1879-cu il yanvarın 25-dən başlayır. Məsələ burasındadır ki,"Ziya" qəzetinin ilk iki nömrəsini tədqiqatçılardan heç biri görməyib. Mən Moskva, Leninqrad( indiki və lap əvvəlki Peterburq-N.N.), Tiflis arxivlərində bu nömrələri çox axtardım, tapmadım, təkcə gümanım gəldiyi yerlərdən birinə -Odessaya gedə bilmədim ki, oradakı arxivlərdə bu nömrələri arayıb axtarım. Məsələ burasındadır ki, Qafqaz canişininin əmri ilə Tıflisdə nəşr olunan bütün materrıallar məcburi nüsxə kimi Odessadakı arxivə də göndərilirdi.
Kim bilir, bəlkə müharibə vaxtı bu materiallar itib-batıb.
Oxuduğum materialların birində belə bir xəbərə rast gəlmişdim ki, 1917-ci ildə -hərc-mərclik vaxtlarında Odessada arxiv materiallarını sobaya ataraq istisinə qızınanlar çox olub. Bu, Cəlil Məmmədquluzadənin öz əlyazmalarının istisinə qızınmağına oxşasa da, birincilik bu məsələdə odessalılara məxsusdur.
Nə isə...Arxiv və kitabxanalarımızda "Ziya"nın bizə məlum olan ilk nömrəsi
8 fevral (pəncşənbə günü)1879-cu il tarixli üçüncü nömrədir.
Bəzi tədqiqatlar heç bir fakt göstərmədən "Ziya"nın ilk nömrəsinin 14 yanvar 1879-cu ildə çıxdığını yazsalar da, bu birincilik tarixinin tarixi düzgün görünmür.

Ziyanın tədqiqatçılarından çoxo onun 1879-cu iln yanvarından noyabrınadək türkdilli oxuculara göndərildiyi 46 nömrəsindən bixəbr olmalarıdır.

Ziya qəzetinin 1879-cu il noyabrın 19-da çıxan 44-cü nömrəsinin ilk 3 səhifəsi bu mətbu orqanın tarixindən,üzləşdiyi abunə çətinliklərindən bəhs edir.Yaı naşirin dilindən yazllmışdır :" Tiflis.17 noyabr.Ziya qəzetəsinin təb və nəşr olunmasını düüst dost tutan həzərata məlum ola ki,həmin ildə qəzetəverməkligi öhdəmizəgötürəv vəqtdəniyyətimiz ona müncərr ( sürüklənən-N.N.) ) olmuş idi ki,qəzetəmizi keçən mühərrəm ayının (ərəb qəməri ilinin birinci ayı-N.N.) ibtidasındn verək.Çünki səneyi -islamiyyənin (islam ilinin-N.N )ibtidası ondan başlanır və leykin işinin ibtidası düşvar olmağə görə bacara bilmədük ki, bir parə kəsr və nöqsanımızı cabəca (yerbəyer-N.N.) edüb,məzkur niyyətimizi əmələ gətürək.Ona görə naçar olub, səfər ayının on dördündə əvvəlimci nömrəmizi zühurə gətirib ahəstə-ahəstəsəy və hümmət göstərdik"

Deməli,Ziya qəzetinin əvvəlinci nömrəsi hicri qəməri təqvimi ilə 1296-cı ilin səfər ayının 16-da çıxmışdır ki., bu da miladi təqviminin 1979-cu il yanva r ayının 25-nə uyğun gəlir.Təqvimlərin müqayisəsini yaxşı bilənlərdən bu hesablanmanı yoxlamağı xahiş edirməm.

Aşkarda olan - 8 fevral 1879-cu ildə çıxan 3-cü nömrədə qəzetin pəncşənbə günlərində çıxdığı aydın-aşkar görünür. Əvvəcədən müəyyənləşdirilmiş qaydaya görə, Ziyanın birinci sənəsinin ilk iki nömrəsinin - 1879-cu il 8 fevral tarixli üçüncü nömrəsindən əvvəlki həftələrin pəncşənbə günləri i fevralın 1-i və yanvarın 25-dir. Deməli, bu fakta - "Ziya" qəzetinin pəncşənbə günlərində çıxması faktına əsaslanaraq, qəzetin ilk nömrəsinin tarixini 25 yanvar 1879-cu il kimi göstərmək daha doğru görünür.Əlbəttə, şəraitdən asılı olaraq bu nömrələr günləri həftənin başqa günlərinə də düşə bilər.

Hər halda dəqiqləşdirmə aparılmalıdır.

"Ziya" qəzetinin bizə məlum olan ilk nömrəsinin ( 08.02.1879,N 3) başlığının - "ZİYA" sözünün altında qəzetin islam təqvimi ilə 1296-cı ildə çıxdığı göstərilir. Yuxarıda ayrıca sətirdə bu tarixin miladi tarixlə 8 fevral 1879-cu ilə aid olması yazılmışdır.Qəzetin sonrakı nömrələrin hamısı pəncşənbə günləri çıxmışdır: N 4 (15 fevral), N 5 (22 fevral) , N 6 (1 mart) , N7 (8 mart), N 8(15 mart)...
8 fevral 1879-cu il tarixli 3-cü nömrənin baş məqaləsinin sərlövhəsi belə adlanır: "Oxumaq və yazmaq barəsində".
Bu,proqram xarakterli yazıdır.Yazıdan nümunələr gətiririk:

"Bu zəmanələrdə bəni növ bəşərin cümləsinə (hamısına-N.N.) xətt və kitabiyyət sənətini və qiraətə qadir olmaq qüdrətini təhsil eləməkdən başqa, əvvəlimci və zimmə və laziməli iş yoxdur. Və hər kəs bundan bibəhrə və binəsib qalıbdır".

Qəzetin naşiri və sahibi-imtiyazı bu baş məqalədə daha sonra qəzetin məram və məqsədlərini vurğulayır:

"Ətfalımızın (uşaqlarımızın-N.N.) təlim və tərbiyəsindən və təlim və müəllim qaidəsindən və müəllim və şagirdlərin ədəbindən və bu vəqtəcən əksərimizin bisavad qalmağından və onun səbəblərindən və xəttimizin qüsur və nöqsanatından və nə vəchlə onu cəbr -nöqsan edib, təğyir və təbdil ...eləməkdən qəzetimizin ibtidalarında söz danışılacaqdır"..


Naşır dediyi sözlərə 4-cü nömrədə də (15 fevral ) əməl eedir. 4-cü nömrənin baş məqaləsi belə adlanır: "Uşaqlarımıza təlim və tərbiyə vermək barəsində".
Burada oxuyuruq:

"Oxumaq və yazmaq barəsində olan əhvalatın şəhri- bəyanı və insanlara məxsus olan nemətlərdən olub baisi-şərif və iftixar olmağını üçüncü nömrədə yazmışdıq...Bu zəmanədə mülk və millətin tərəqqisi elm və mərifətə və növbənöv dillərə, xətlərə arif olmaqdadır"...


Xatırladırıq ki, "Ziya" qəzetinin islam təqviminə görə 1879-cu ildə dekabr ayındakı nomrələri də 1 rəqəmindən başlayır:


N1 -6 dekabr 1879-cu il
N2-13 dekabr 1879-cu il
N 3-20 dekabr 1879-cu il
N 4-27 dekabr 1879-cu il
N5-3 yanvar 1880-ci il
N6-10 yanvar 1880-ci il
N7-15 yanvar 1880-ci il....


"Ziya" qəzeti haqqında faktlara və ilk mənbəyə əsaslanan (de vize-N.N.) yazılarımız çoxdur.Layihə çərçivəsində oxuculara bu materialları təqdim etməyə söz verirəm. Yazımın sonunda oxuculara "Ziya" ("Ziyayi-Qafqasiyyə") qəzetinin ümumilikdə sonuncu-187-ci nömrəsində (26 yun 1884-cü il , N 11) soyadı qəzetdə rus qrafikası ilə "АЛИБЕКОВЪ" göstərilən müəllifin "Tərcümeyi-məktub" adlı yazısındakı bu sözləri xatırladıram:


"Səid Ünsizadənin dər-öhdə aldığı əmr ( iş-N.N.) və niyyət mətbuat vasitəsilə rus müsəlmanlarını (Rusiyada yaşayan müsəlmanları-N.N.) yuxudan oyatmaqdır".
( bax: "Ziyayi- Qafqasiyyə" qəzeti, 26 iyun 1884, N4,səhifə 2, sütun 3).

"Ziya"nın qeyb olmasınını əsas səbəblərindən biri də məhz bu açıq-aşkər deyilən sözlər oldu.Bu nömrədən sonra "Ziya" bir də ayaq üstə dura bilmədi.
Çar hökumətinin qazdan ayıq məmurları Səid Ünsizadənin hələ İsmayıl bəy Qaspralıdan, Məhəmməd ağa Şahtaxtlidan, Əli bəy Hüseynzadədən, Əhməd bəy Ağayevdən,Əlimərdan bəy Topçubaşovdan xeyli əvvəl öhdəsinə görürdüyü böyük vəzifənin -rus müsəlmanlarını yuxudan oyadılması işinin yerinə yetirilməsinə imkan vermədilər. Səid Ünsizadə 1890-cı ilin əvvəllərində hamıdan inciyib doğma ölkəsindən baş götürüb İstanbula getdi,orada yaxın dostu, üç dəfə Türkiyənin maarif naziri olan Münif Paşanın köməyi və qayğısı ilə təhsil və maarif işlərində çalışmış,Quranın türk dilində təfsirini yazmışdır.
"Ziya" qəzetinin redaktoru və imtiyaz sahibi , bir neçə dərsliyin müəllifi, "Hümayunamə"

( "Kəlilə və Dimnə" ) əsərinin Azərbaycan dilinə tərcüməçisi Səid Əfəndi Ünsizadə ömrünün 80 sinnində - 1905-ci ildə İstanbulda vəfət etmişdir.O, nekroloqda türk dünyasının fazillərindən biri kimi dəyərləndirilmişdir.
Bakıda nəşr olunan "Həyat" qəzetində (1905, N 21) bu acı xəbərin altında türk dünyasının üç böyük şəxsiyyətinin adı yazılmışdır: Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov.


Əlbəttə, yazımın əvvəlində adlarını böyük hörmətlə çəkdiyim mətbu orqanların hamısın öz
adı,cəmiyyətdə öz yeri var. Onların nə qədər yaşayacaqlarını söyləmək çətindir.
Amma "Ziya" - ziyadır.Onun tarixinin daha uzun olacağı şübhəsizdir.
Nə vaxtsa mənim bu sözlərimi dərk edəcəklər, "Ziya"ya ən hühdüt

yerlərin birində abidə qoyacaqlar.Onda çox güman ki,bizim

heç birimiz bu dünyada olmayacayıq.Heç bizlərin adımızı, bəlkə də,

dəftərə də yazmayacaqlar.Amma "Ziya" ziyalılığını göstərəcək.

Mən çoxunuz üçün darıxdırıcı olan bu sözlərimi yazıram.

Sərt reaksiya olacaöını da bilirəm.Amma nə etməli ?

Sabah biz olmayacayıq,amma "Ziya" olacaq.Mütləq, olacaq.

Olmayanlar boynu qalstuklu bizlər olacayıq.

Məsələ burasındadır ki,onda danışmağa halımız olmayacaq.Axı

o dünyanın sakinləri məskunlaşdığı yerdən Yer üzünə qayıda bilmirlər.

Əlhəd daşı başlarına dəysə də,uzaq başı qəbirlərində bir az çevrilə bilərlər.
,
Hörmətli "Ziya" tədqiqatçıları, hörmətli ziyalılar, aydınlar,dosentlr,doktorlar,
akademiklər! "Ziya"nı quyudan çızxarmalıyıq.Bu bizim,alimlik,elmi
tədqiqatçılıq bir tərəfə, vətəndaşlıq borcumuzdur. Bizim bu halımız
mütləq tarixə düşəcəhkdir.Bizdən sonra dünyaya gələnlər bizi,işər belə
getsə,yel dəyirmanı ilə döyüçənlərin qiyafəsndə görəcəklər.Şəxsən mən

indidən bizim bu halımıza inanıram.

Gəlin, papağımızı başımıza qoyub,fikrimizi cəmləşdirək,fikirləşək,

"Ziya" qəzeti(1879,yanvar,Tiflis-1884,iyun,Tiflis) ictimi fikir tariximizin

XIX əsrinbir neçə ilinin güzgüsüdür.Bu güzgüdən çox nəsnələr

görünür."Ziya" qəzetinin bütün nömrələri MÜTLƏQ müasir əlifbaya
transliterasiya edilərək? hər bir ziyalı ailəsinin stolüstü kitabı olmalıdır.

İlk 46 nömrəsi unudulan "ZİYA" kitabı nöqsanlıdır, bizə baş ucalığı
gətirməyən nəşrdir.

"Ziya"nın təsisçisi,naşiri və redaktoru ümummilli liderimiz

Heydər Əliyev . cənablarının marifçilik fəaliyyətini çox yüksək
qiymətləndirdiyi görkəmli publisist,din xadimi,pedaqoq,naşir,
tərcüməçi, Quranın türk dilində təfsirini yazan

Hacı Səid Əfəndi Əbdürrəhman Əfəndi Ünsizadədir.
(1825,Şamaxı-1905,İstanbul).
...Türk dünyasının hər yerində-İstanbulda da,Ankarada da,
Təbrizdə də,Şamaxıda da,Bakıda da,Şəkidə də,Bağçasarayda da..
Ziya qəzeti və onun qələm əhli haqqında ciddi elmi axtarışlar aparılmalı,
dünyaya səpələnmiş Ünsizadələr,Ünsilər,Berksanlar,Şirvanilər
gələn il yanvarın 25-də Ünsizadələrin ata ocağında "Ziya" qəzetinin
140 illik yubileyinə-hamımızın bu işdəki hesabat təntənəsinə
ciddi hazırlaşmalıyıq.


Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
türkoloq.

Bakı,08.12.2018.

Ədəbiyyat siyahısı

1.Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı (18.06.2001-ci il).

2."Ziya" qəzetinin komplektləri.(1879,yanvar-1884,iyun).

3. İ.Qaspirinski."Tonğuc" jurnlı Tiflis,1881.

4.Azərbaycan Respublikasl Dövlət Tarix Arxivi. Fond 291.Siyahı 1.,iş 31.

5.Nazim Axundov.Azərbaycanda dövri mətbuat.(1832-1920).Bakı,1965.

6.Nazim Nəsrəddinov."Ziya" qəzetində işlənən bəzi terminlər haaqında.

Azərbaycan SSR Elmlər Akademiyasının aspirantlarının

Elmi Konfranslarının materilları. Bakı,1977.səhifə 308-313.

7.Nazim Axundov.Sənədlərin dili ilə.Bakı,1980.

8.Nazim Nəsrəddinov. Unudulmuş Ünsizadə. "Həyat " qəzeti, 09.02.1993,N 13(7748) .

9.Ağarəfi Zeynalzadə. Azərbaycan mətbuatı vəçar senzurası.Bakı,2004

10.Nazim Nəsrəddinov. "Ziya"lı ziyalı, Strategiya.az 20.02.2014.

525
Bu xəbər oxucular tərəfindən 814 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed