Şrift:
Ermənistan MSK-nın sədri: Seçicilərin çoxu ümumdövlət seçkilərinə məhəl qoymadı
10.12.2018 [09:49] - Xəbərlər, Siyasət
Ermənistanda keçirilən parlament seçkilərinin sonuna - 20:00-a yekun seçici fəallığı 48,63 faiz təşkil edib.

Erməni KİV-ləri xəbər verir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçan deyib.

Ölkə tarixində ilk dəfə seçicilərin əksəriyyətinin ümumdövlət seçkilərinə məhəl qoymadığını bildirən T.Mukuçan səsvermə hüququna malik 2 milyon 592 min 481 seçicidən yalnız 1 milyon 260 min 840 nəfərin seçkidə iştirak etdiyini söyləyib.
Bu xəbər oxucular tərəfindən 415 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed