Şrift:
Rəsmi Parisdən Trampa XƏBƏRDARLIQ: “Fransanın daxili işlərinə burnunu soxma!”
10.12.2018 [10:28] - Siyasət
Fransa hökuməti ABŞ prezidenti Trampa xəbərdarlıq edib. Ölkənin xarici işlər naziri Jan-İv Le Drian ABŞ prezidenti Donald Trampı Fransanın daxili işlərinə qarışmamağa çağırıb.

Trampın özünün Twitter hesabından Parisdəki aksiyalara münasibət bildirməsi və "Paris müqaviləsi Parisə yaraşmır. İnsanlar təbiəti qorumaq üçün 3-cü dünya ölkələrinə artıq pul ödənilməsini istəmir. Fransızlar "Biz Tramp istəyirik" deyə bağırırlar. Fransanı sevirəm"sözlərini yazması Fransa hökumətini qəzəbləndirib.

Xarici işlər naziri Jan-İv Le Drian üzünü ABŞ prezidentinə tutaraq deyib: “Fransanın daxili işlərinə burnunu soxma!”.
Bu xəbər oxucular tərəfindən 411 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed