Şrift:
“Özbəkistanın mədəni irsi dünya muzeylərində” adlı beynəlxalq forumda Azərbaycan da təmsil olunur
11.12.2018 [10:08] - Gündəm, Türk dünyası-Turan, Mədəniyyət
Daşkənddə “Özbəkistanın mədəni irsi dünya muzeylərində” adlı beynəlxalq forum keçirilir.

Tədbirdə Müstəqil Dövlətlər Birliyi və Avropa ölkələrindən tarixçi alimlər, etnoqraflar, şərqşünaslar və ekspertlər iştirak edirlər.

Tədbirdə ölkəmizi Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlı və Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov təmsil edir.

Forum “Özbəkistan mədəni irsi dünya muzeylərində” seriyasından buraxılan albomların və çəkilən sənədli filmlərin təqdimatı ilə başlayıb. Sonra iştirakçılar “Özbəkistanın mədəni irsi dünya muzeylərində” sərgisi ilə tanış olublar.

Layihənin rəhbəri Özbəkistanın Əməkdar jurnalisti Firdavs Abduxalikov, elmi rəhbəri isə akademik Edvard Rtveladzedir.

Firdavs Abduxalikov forumu açaraq bildirib ki, indiyədək “Özbəkistanın mədəni irsi dünya muzeylərində” mövzusunda 20 nəfis albom buraxılıb. O, 2018-ci ilin nəticələri, 2019-cu ildə görüləcək işlər haqqında məlumat verib.

Özbəkistan Baş nazirinin müavini Aziz Abduxakimov bu münasibətlə layihənin müəlliflərini və alimləri təbrik edib. O, indiyədək çap olunan kitabların əhəmiyyətindən danışıb, bu istiqamətdə fəaliyyətini davam etdirən qrupa uğurlar arzulayıb.

Sonra müxtəlif mövzularda məruzələr dinlənilib.

Forum işini davam etdirir.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 585 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed