Şrift:
Bir az da tesdən qəsdən danışaq
13.12.2018 [09:21] - Gündəm, DAVAMın yazıları
Bir az da tesdən qəsdən danışaq
və yaxud
gecənin dürlü-dürlü yazıları-

DAVAM.az -Yeni LAYİHƏ


Nümunələrin hərəsi müəyyən bir əhvalat və ya hadisə ilə ilgilidir.

N1.
"Gecə saat 12-dən sonra yazılan yazıları ciddi yoxlayın"
cümləsinin qrammatik təhlilinə aid səhvi güstərin
A) beş üzvü var
B)mqəyyən şəsli cümlədir
C)xəbəri feilin əmr şəklindədir
D)tamamlığı söz birləşməsi ilə ifadə olunmuşdur
E)xəbəri feillərin əmr şəklinin təsriflənmə cədvəilndə
(paradiqmasında)sıralanmasına görə beşinci yerdədir
*
N.2
Məqsədli test tapşırığı:
mübahisə mədəniyyətinizi yoxlayırıq.

"Söz içində söz deməyin dürlü-dürlü sirləri də var imiş "

cümləsinin qrammatik təhlilinə aid edilənlərdən biri səhvdir.

A) iki mənsubiyyət şəkilçisi işlənmişdir
B)mübtədası III növ təyini söz birləşməsi ilə ifadə olunub
C)xəbəri predikativ sözlə ifadə olunub
D) III növ təyini söz birləşməsinin tərəfləri arasındakı sözburada ayrıca təhlil olunmur
E) cümlədəki "-də" şəkilçi, ayrı yazılan "də" bağlayıcıdır
*
N 3.
"Deməli, dil öyrənmək hər oğulun işi deyilmış"
cümləsnin düzgün sintaktik təhlilini göstərin.

A) 6 üzvü var
B)mübtədası isimlə ifadə olunub
C) xəbəri feillə ifadə olunub
D)müxtəsər cümlədir
E)adlıq cümlədir
*
N 4.
"Ağlına gəlməzdi ki, o, məktəbi də, universiteti də eyni ildə qurtarmışdı"
cümləsinin sintaktik təhlilindəki səhvi göstərin.
A) asılı cümlə nə? sualına cavab verir
B) baş cümlənin xəbəri xəbər şəklinin hekayəsində olan feillə ifadə olunmuşdur
C) asılı cümlənin tamamlıqları ıümumi isimlə ifadə olunmuşdur
D) budaq cümlə baş cümləyə birləşdirmə bağlayıcısı ilə bağlanmışdır
E) frazeoloji birləşmədəki feil forması gələcək zananın inkarına aiddir

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi, türkoloq

13.12.2018.
Bu xəbər oxucular tərəfindən 281 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed