Şrift:
Çempionlar Liqası: “Real Madrid” öz meydanında böyük hesabla uduzub
13.12.2018 [10:23] - Gündəm, İdman
Dekabrın 12-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunları keçirilib.

Turun gözlənilməz nəticəsi "Santyaqo Bernabeu" stadionunda qeydə alınıb. Turnirin son qalibi “Real Madrid” doğma meydanda Moskvanın ÇSKA klubunu qəbul edib və 0:3 hesabı ilə məğlub olub.

G qrupun digər oyununda da sensasiya qeydə alınıb. “Viktoriya Plzen” (Çexiya) klubu “Roma” 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Beləliklə, “Real Madrid” 12 xalla qrupun qalibi olub. Aktivində 9 xalı olan "Roma" ikinci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanıb. Hərəyə 7 xalı olan "Viktoriya" və ÇSKA üçüncü və dördüncü yerləri bölüşüblər. UEFA-nın reqlamentinə əsasən eyni xala malik olan komandalar arasında üstünlük şəxsi oyunları nəticəsinə görə bəlli olur. Beləliklə, bu komandalar arasında daha yaxşı nəticəni “Viktoriya Plzen” göstərdiyinə görə Çexiya təmsilçisi mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.
Bu xəbər oxucular tərəfindən 498 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed