Şrift:
Azərbaycanlı fəal Rəhman Qasimi təhlükəsizlik qüvvələrinin təzyiqi ilə işdən çıxarılıb
15.12.2018 [11:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyəli milli-mədəni fəal Rəhman Qasimi mədəni fəaliyyəti ilə əlaqədar işindən uzaqlaşdırılıb.

Fəal təhlükəsizlik qüvvələrinin təzyiqi ilə dekabrın 11-də işdən çıxarılıb. Məlumata görə, məmurlar R.Qasiminin iş yerinə gedərək müəssisəsinin müdirini onu işdən çıxarmağa məcbur ediblər.

Təhlükəsizlik qüvvələrinin azərbaycanlı fəallara qarşı bu kimi təzyiqləri olduqca qeyri-nisanidir. Onlar fəalları iş yerlərini itirməklə təhdid edərək onların mədəni fəaliyyətlərinə mane olmağa çalışırlar. Ötən günlərdə tanınmış fəal Abbas Lisaninin oğlu Əli Lisaniyə də xəbərdarlıq məktubu göndərilərək işlətdiyi qızıl məmulatları təmiri mağazasının yaxın günlərdə möhürlənəcəyini bildirilib.

Rəhman Qasimi bundan əvvəl Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed