Şrift:
Poroşenko Ukraynanın növbəti beş il üçün prioritet istiqamətlərini açıqlayıb
17.12.2018 [10:22] - Xəbərlər, Siyasət
Prezident Petro Poroşenko Ukraynanın növbəti beş ilində əsas prioritet məsələləri açıqlayıb.

Poroşenko dekabrın 16-da keçirilən mətbuat konfransında növbəti beş ildə Ukraynanın milli maraqlarına cavab verən sülhə nail olmaq, iqtisadi böhranı aradan qaldırmaq, Avropa İttifaqı və NATO-ya üzv olmaq üçün zəruri meyarları həyata keçirmək dövlətin əsas prioritet istiqamətləri olduğunu bildirib.

Prezident Ukraynada korrupsiyaya qarşı mübarizədən razı qalmadığını da etiraf edib: “Əgər mənə sual versələr ki, korrupsiyaya qarşı mübarizədən razısınız, çəkinmədən yox deyərəm. Biz korrupsiyaya qarşı mübarizənin səmərəliliyini artırmaq üçün birgə səylərimizi artırmalıyıq”.

Emil Hüseynli
Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed