Şrift:
Qarabağda yaralanan erməni əsgərlərin sayı 4-ə çatdı
18.12.2018 [10:17] - Gündəm, Hərb
Erməni işğalçı ordusunun əsgəri Gevorq Ovanisyan Qarabağda minaya düşüb. Yaralı əsgər Müdafiə Nazirliyinin İrəvandakı Mərkəzi Klinik xəstəxanasına çatdırılıb.

Bildirilib ki, hərbçinin sol ayaq pəncəsi və sifətinin sol yarısı yaralanıb. Onun vəziyyəti stabil ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, son üç gün ərzində Qarabağdan İrəvan hospitalına müxtəlif dərəcəli yaralar almış dörd erməni hərbçisi çatdırılıb.
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed