Şrift:
Tokio Olimpiadasının ümumi büdcəsi 12,6 milyard dollar təşkil edəcək
22.12.2018 [10:19] - Xəbərlər, Sosial
Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının ümumi büdcəsi bəzi maddələrdə xərclərin azaldılmasından və digərlərində artırılmasından sonra eyni məbləğdə - 12,6 milyard dollar səviyyəsində qalacaq.

Bu barədə Olimpiadanın təşkilat komitəsinin rəsmi saytında məlumat verilir.

Xatırladaq ki, təşkilatçılar məsrəflərin azaldılmasına ilkin qiymətləndirmə ilə müqayisə zamanı ərizələr daxil olduqdan sonra xərclərin dörd dəfə artacağı meydana çıxanda başlayıblar. Dekabrın 21-də elan edilən məbləğ ötən ilki layihə ilə üst-üstə düşür.

“Qarşıda vəsaitlərin sərfinə nəzarəti gücləndirmək kimi ciddi vəzifə durur”, - deyə təşkilat komitəsinin icraçı direktoru Toşiro Muta bildirib.

Hazırda Oyunların xərclərinin strukturu aşağıdakı kimidir - Tokio hökuməti -5,6 milyard dollar, Yaponiya hökuməti 1,4 milyard dollar və təşkilat komitəsi - 5,6 milyard dollar. Yapon sponsorlar tərəfindən müqavilə əsasında daxil ediləcək ümumi gəlir 3 milyard dollaradək artıb.

“Tokio 2020” Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 385 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed