Şrift:
Bu market məhsulları ucuz qiymətə satdığına görə möhürlənib – Təbrizdə / VİDEO
26.12.2018 [11:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz şəhərində “Ucuz market” məhsulları ucuz qiymətə satdığına görə Ümumi Məkanlara Nəzarət edən İdarə tərəfindən möhürlənib.

Dövlət orqanı tərəfindən möhürlənən marketin məhsullarının Güney Azərbaycan şəhərlərində istehsal olunduğu bildirilir.

Market “Azərbaycan bulvarı”nda yerləşir.

“Deyirlər ki, məhsulları ucuz satırsınız, ona görə də müştərilər buraya gəlir və tıxac yaranır”- deyə “Ucuz market”in müdiri mağazasının möhürlənməsi ilə bağlı bildirib.

O kənayə ilə deyib ki, İranı tıxac bürüyüb, indi günahkar biz olmuşuq!

Məmurlar “Ucuz market”in qapısına yazıb ki, mağaza ümumi məkanlar və sendika qaydalarına riayət etmədiyi üçün növbəti xəbərdarlığa qədər möhürlənib.

Məlumata görə, market işçiləri içəridəykən möhürlənib. Müdir onların mağazadan çıxması üçün qapının möhürünü qırmalı olub, o bunun üçün cərimə ödəyib.

“Ucuz market” adının türkcə olması və Güney Azərbaycanda istehsal olunan məhsulları satdığı üçün “Kuruş” və “Canbo” kimi mağazaların etirazı ilə də üzləşib. Həmin mağazalar “Ucuz market”in fəaliyyətinə müəyyən maneçilik yaradıblar.

Bu xəbər oxucular tərəfindən 402 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed