Şrift:
Bişkek portalı: Minsk, Bakı və Astana qış səyahəti üçün ən cəlbedici şəhərlərdir
27.12.2018 [10:07] - Gündəm, İqtisadiyyat
Bişkekdəki ca-news.org portalı Rusiyanın “ТурСтат” analitik agentliyinə istinadla yazır ki, Minsk, Bakı və Astana qış səyahəti üçün ən cəlbedici, maraq doğuran Müstəqil Dövlətlər Birliyi şəhərləri arasında birinci üç yeri tutub.

Portalın qiymətləndirməsinə görə MDB turistləri Belorusdakı Loqoysk və Siliçi, Azərbaycandakı Şahdağ və Tufandağ, Qazaxıstandakı Çimbulak dağ-xizək kurortlarına üstünlük verirlər.

Bildirilir ki, çox baha olmayan səyahətlər üçün turistlər Özbəkistan və Moldovanı seçirlər. Bazar günləri səyahətləri və şopinq üçün turistlər yenə də Bakı və Astanaya üstünlük verirlər.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 388 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed