Şrift:
İranlı ekspert: “Avropa Amerika ilə olan ticari əlaqələrini İrana qurban verməz”
28.12.2018 [14:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranlı siyasi ekspert Fuad İzədi deyib ki, Avropa ölkələrinin əksəriyyəti Amerika ilə ticari əlaqələrini yaxşılaşdırmaq istəyir və onlardan heç biri bu əlaqələri İrana qurban vermək niyyətində deyil.

Avropa İttifaqı ilə İran arasında sanksiyalardan yayınmaqla ticari əlaqələri davam etdirmək üçün yaradılması nəzərdə tutulan maliyyə kanalı məsələsinə də toxunan ekspert bildirib ki, “İran Avropaya ümidvar olmamalıdır, çünki onlar bu mexanizm yaradılsa da, yaradılmasa da, İrana imtiyazlar verilsə də, verilməsə də bizim nüvə razılaşmasından çıxmayacağımızı düşünürlər.”

Avropanın daha çox Amerika ilə həmfikir olduğunu deyən Fuad İzədi avropalıların İran ilə Amerika arasında seçim qarşısında qalsalar, rəsmi Vaşinqtonu seçəcəklərini bildirib.

Onun sözlərinə görə, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini də maliyyə kanalı ilə bağlı yalnız müsbət fikirlər söyləməklə kifayətlənir, bu istiqamətdə heç bir addım atmır. Bundan başqa, o, xanım Mogerinini Avropa İttifaqına nümayəndə kimi irəli sürən İtaliyada hökumət kabinetinin dəyişdiyini əsas gətirərək, onun bu sahədə gələcəkdə də əməli addımlar atacağını gözləmədiyini deyib.
Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed