Şrift:
Avqustun 1-dən Azərbaycanın orta ixtisas təhsil müəssisələlərinə ümumi orta təhsil bazasında ərizə qəbuluna başlanır
27.07.2012 [12:00] - Gündəm, Bildiriş
Avqustun 1-dən Azərbaycanın orta ixtisas təhsil müəssisələlərinə ümumi orta təhsil bazasında (9 illik) ərizə qəbuluna başlanır. Bunu cümə günü keçirdiyi ənənəvi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
Abbaszadə bildirib ki, orta ixtisas təhsil müəssisələlərinə qəbul imtahanlarında iştirak etmək üçün abuturiyentlər avqustun 1-dən 24-dək internetlə elektron ərizələrini doldurmalı, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisələrinin yerləşdiyi rayonda fəaliyyət göstərən sənəd Qəbulu Komissiyasına təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.
Komissiya hər gün saat 9.00-dan 17.00-dək fəaliyyət göstərir.
Bu xəbər oxucular tərəfindən 1271 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed