Şrift:
Tehranda bir mağazada asılan lövhədə “Türkcə danış = Endirim al” sözü yazılıb
29.12.2018 [10:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran paytaxtı Tehranda bir mağaza türk dilində danışan müştərilərə endirim nəzərdə tutub.

Mağazadan yayılan görüntü və məlumat sosial şəbəkələrin azərbaycanlı istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

Mağazanın sahibi təqdirəlayiq bir təşəbbüsə əl ataraq hər kəsi türkcə danışmağa təşviq edir.

Şəkildə göründüyü kimi sözügedən mağazada “Türkcə danış = Endirim al” yazılmış lövhə asılıb.

Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipurun da dediyi kimi,Tehran sakinlərinin ən azı 60 faizi türkdür. Onların əksəriyyəti iqtisadi ayrı-seçkilik siyasətinin tətbiq edilməsi nəticəsində iş tapmaq məqsədi ilə bu şəhərə köçüb.
Bu xəbər oxucular tərəfindən 451 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed