Şrift:
Ağ ev: Tramp qoşunların Əfqanıstandan çıxarılması barədə göstəriş verməyib
29.12.2018 [10:07] - Gündəm, Hərb
Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp Amerikanın Əfqanıstandakı hərbçilərinin sayının azaldılması barədə qərar qəbul etməyib və Pentaqona müvafiq göstəriş verməyib.

Bu iddia ilə cümə günü Ağ evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Qarrett Marki çıxış edib.

"Prezident ABŞ-ın Əfqanıstanda hərbi iştirakının azaldılması barədə qərar qəbul etməyib və o, ABŞ Müdafiə Nazirliyinə şəxsi heyətin Əfqanıstandan çıxarılması barədə təlimat verməyib", - deyə "Bloomberg" onun sözlərini sitat gətirib.
Bu xəbər oxucular tərəfindən 342 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed