Şrift:
Səhənd Məali azadlığa buraxıldıqdan bir gün sonra yenidən saxlanılıb
05.01.2019 [11:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Səhənd Məali azadlığa buraxıldıqdan bir gün sonra Sarabda yenidən saxlanılıb.

O təhlükəsizlik qüvvələri tərəfindən yanvarın 3-də yaxalanıb, onun hansı səbəbdən saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.

Səhənd daha 3 milli-mədəni fəal Vəhid Nurməhəmmədi, Heydər Müzəyyəni və Məhəmməd Rəncbərlə birlikdə 2018-ci il dekabrın 31-də Sarab şəhərində saxlanmışdır. Onlar Sarab Məhkəməsinin qərarı ilə mülki vəsiqə qarşılığında çərşənbə günü sərbəst buraxılıb.

“Sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmağa cəhd görtərmək” kimi qondarma ittihamla üzləşən Səhənd Məali 30 milyon tümənlik mülki vəsiqə qarşılığında azad edilmişdir.

Səhənd Məali bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 328 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed