Şrift:
Fərəc Quliyev Mirmahmud Mirəlioğluna başsağlığı verdi
05.01.2019 [13:48] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğluna ağır itki üz verib, partiya sədrinin anası Güllü xanım dünyasını dəyişib.

Bununla bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Mirmahmud Mirəlioğluna başsağlığı verib.

Başsağlığında deyilir:

“Güllü xanımın vəfatı bizi dərindən kədərləndirdi. Şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından mərhumə xanımın övladı Mirmahmud Mirəlioğluna və bütün doğmalarına dərin hüzünlə başsağlğı verir, Allahdan səbr diləyirəm.

Allah Güllü xanıma rəhmət etsin, məkanı Cənnət, ruhu şad olsun!”
Bu xəbər oxucular tərəfindən 533 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed