Şrift:
Rusiyada avtobusun aşması nəticəsində yaralanan azərbaycanlıların sayı artıb
07.01.2019 [09:36] - Xəbərlər, Hadisə
Rusiyanın Stavropol diyarında marşrut mikroavtobusun aşması nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının sayı 8 nəfərə çatıb.

Bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş Yol Təhlükəsizliyi İdarəsinin əyalət üzrə idarəsi məlumat yayıb.

"Onların hamısı Levokumski və Budennovski rayonlarının tibb müəssisələrinə çatdırılıblar, orada yaralılara lazımi tibbi yardım göstərilir", - deyə məlumatda bildirilir.


Xatırladaq ki, dünən saat 10.45-də (Bakı vaxtı ilə 11:45) Levokumski kəndinin 1 kilometrliyində Bakı-Moskva marşrutu ilə Azərbaycan vətəndaşlarını daşıyan "Mercedes" markalı marşrut mikroavtobusu aşıb.

Qeyd olunur ki, mikroavtobusda 13 nəfər olub:
Bu xəbər oxucular tərəfindən 352 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed