Şrift:
Ağdamda alpaqutçular üçün zona seminarı keçirilib
07.01.2019 [10:30] - İdman
Ağdam Olimpiya İdman Kompleksində Azərbaycan Alpaqut Federasiyası Qarabağ regional nümayəndəliyin təşkilatçılığı ilə idmançılar üçün zona seminarı keçirilib.

Alpaqut Federasiyasından verilən məlumata görə, Ağdam, Ağcabədi və Laçın filiallarının alpaqutçularının iştirak etdikləri seminarı federasiyanın regional inkişaf üzrə vitse-prezidenti Rafiq Qasımov aparıb. Seminardan sonra dərəcələr üzrə imtahan keçirilib. İmtahanın nəticəsinə görə 18 nəfər uşaq və yeniyetmə müxtəlif dərəcəli kəmərə layiq görülüb.
Bu xəbər oxucular tərəfindən 405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed