Şrift:
Azərbaycanda döyüş növləri üzrə beynəlxalq festival keçiriləcək
08.01.2019 [10:38] - İdman
Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə Bakıda “Prezident kuboku” uğrunda döyüş növləri üzrə beynəlxalq festival keçiriləcək.

Bu barədə ADFA-ya daxil olan Alpaqut, Muay-tay, Uşu, Taekvondo federasiyalarının nümayəndələrinin iştirakı ilə Assosiasiyanın toplantısında məlumat verilib.

Yarışların alpaqut, muay-tay və uşu idman növləri ilə yanaşı, taekvondonu və karateni də əhatə etməsi nəzərdə tutulub.

Festivalın gələn ilin dekabrında keçirilməsi planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 366 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed