Şrift:
Karaqandada ermənilər əleyhinə keçirilən mitinqdən sonra xarici işlər nazirləri işə qarışıb
08.01.2019 [10:41] - Gündəm, Hadisə
Karaqanda şəhərində 23 yaşlı qazax gəncin ermənilər tərəfindən qətlə yetirilməsinə etiraz əlaməti olaraq yanvarın 6-da keçirilən izdihamlı mitinqdən sonra Qazaxıstan və Ermənistanın xarici işlər nazirlikləri arasında danışıq aparılıb.

Yanvarın 7-də Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zoqrab Mnaçakyan Qazaxıstanın xarici işlər naziri Beybut Atamkulova zəng edərək bu insidentin millətlərarası münaqişəyə çevrilməsinin qarşısının alınmasını xahiş edib.

Ermənistan XİN-in yaydığı bəyanatda qeyd olunur ki, “tərəflər yaranan vəziyyətin çox həssas olduğunu bildiriblər və gərginliyin artmasının qarşısını almaq üçün yeni vasitələr tapılmasının zəruriliyini vurğulayıblar. Bu məqsədlə iki ölkənin müxtəlif dövlət orqanları arasında birbaşa əlaqələrin yaradılmasının da zəruri olduğu qeyd edilib”.

Ekspertlər bildirirlər ki, rəsmi Yerevanın təşvişə düşməsinin səbəbi Qazaxıstanda yaşayan ermənilərin gələcəyi ilə bağlı narahatlıqdır. Təsadüfi deyil ki, bu ölkədəki erməni diasporu qətlə yetirilən gəncin ailəsinə dəfələrlə başsağlığı verib.
Bu xəbər oxucular tərəfindən 315 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed