Şrift:
Məmməd Əmin Rəsulzadə haqqında yeni kitab nəşr olunub
08.01.2019 [11:06] - Kitab evi
Aydın Balayevin müəllifi olduğu "Məmməd Əmin Rəsulzadə. Qürbətdə Vətən davası. 1922-1943" adlı kitabı işıq üzü görüb. Bu kitabı "Pergament" Yayın Evi nəşr edib.

Kitab son illərdə müxtəlif ölkələrin arxivlərində aşkarlanıb ilk dəfə elmi dövriyyəyə daxil edilmiş sənədlər əsasında milli dövlətçiliyin banilərindən biri olan Məmməd Əmin Rəsulzadənin 1922-1943-cü illərdə mühacirətdəki fəaliyyətinin tədqiqinə həsr olunub.

Əsərdə Rəsulzadənin həmin dönəmdə Azərbaycan və Qafqaz mühacirəti daxilində gedən proseslərdə iştirakından bəhs edilir. Kitabda onun mühacirətin birliyinə nail olunması istiqamətindəki fəaliyyəti, eləcə də SSRİ-dəki rejimə qarşı barışmaz və davamlı mücadiləsinin müxtəlif məqamları yeni faktlar əsasında araşdırılaraq Azərbaycan dilində oxuculara təqdim olunub.

Məmməd Əmin Rəsulzadə 1918-ci ildə ilk müstəqil Azərbaycan dövlətinin qurucularından biridir.

Rusiyanın silahlı müdaxiləsi nəticəsində 1920-ci il aprelin 28-də süqut edib. Azərbaycan bir də 1991-ci ildə müstəqilliyini bərpa edib.

Rəsulzadə AXC-nin süqutundan sonra mühacirətə gedib. Onun ailəsi repressiyaya məruz qalıb.

2018-ci il Azərbaycanda "Xalq Cümhuriyyəti ili" elan edilib.
Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed