Şrift:
Ankarada ABŞ qoşunlarının Suriyadan çıxarılması prosesinin detalları müzakirə olunub
09.01.2019 [10:19] - Siyasət
Amerika Birləşmiş Ştatlarının qoşunlarının Suriyadan çıxarılması barədə qərarından sonra ABŞ nümayəndə heyəti ilə bu prosesin detallarını müzakirə etdik. Türkiyə ilə sərhəd də daxil olmaqla Suriya torpaqlarının terrorçulardan tamamilə təmizlənməsi olduqca vacibdir. Biz PYD/YPG-də daxil olmaqla terror təşkilatlarına və digər ünsürlərə yeni fürsətlər verməməliyik. Bununla da, Türkiyənin Suriya ilə sərhədində təhlükəsizlik bərqərar olacaq, eyni zamanda, suriyalıların terror hücumlarından və digər təhlükələrdən xilas olmaları təmin ediləcək.

Bu sözləri Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

Türkiyənin İŞİD-lə mübarizədə lap əvvəldən öndə gedən ölkələrdən olduğunu söyləyən İbrahim Kalın bildirib ki, ölkəsi “Fərat qalxanı” hərəkatı ilə Cerablus, Əl-Bab xəttini İŞİD terrorçularından təmizləməklə üzərinə düşən öhdəliyi yerinə yetirib.
Bu xəbər oxucular tərəfindən 347 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed