Şrift:
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə İstanbul Böyükşəhər Bələdiyyəsi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
10.01.2019 [10:34] - Gündəm, Türk dünyası-Turan
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyə Başkanlığının müşaviri Hüseyn Erən, mədəniyyət idarəsinin sədr müavini Ömər Birinci və İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının müdiri Sedat Çakır ilə görüşüb. Bu barədə Fonddan məlumat verilib.

Bələdiyyənin binasında keçirilən görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əsas prioritet məqsədlərindən söz açan G.Əfəndiyeva yarandığı gündən etibarən türk dünyası mədəniyyətini və irsini qorumaq, öyrənmək və təbliğ etmək məqsədilə Fondun həyata keçirdiyi tədbirlər, layihələr və proqramlardan danışıb.

H.Erən Fond tərəfindən görülən işlərin qısa zamanda rəğbətlə qarşılandığını bildirib. Fondun türkdilli xalqların zəngin mədəni irsinin mühafizəsi, beynəlxalq arenada tanıdılması istiqamətində həyata keçirdiyi layihələrin önəmini vurğulayıb. O, həmçinin bu kimi mühüm vəzifənin icra olunmasında Fond ilə bələdiyyə arasında uğurlu qarşılıqlı əməkdaşlığa inandığını, İstanbul Böyükşəhər Bələdiyyəsinin Fonda tam dəstək verməyə hər zaman hazır olduqlarını söyləyib.

Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihələrindən biri - türk dünyasının böyük yazıçısı və dramaturqu Hüseyn Cavidin “İblis” əsərinin İstanbulda səhnələşdirilməsi üçün artıq məşqlərə başlanıldığı qeyd edilib. Tamaşanın rejissoru Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Məlahət Abbasovadır. Eyni zamanda, əməkdaşlıq çərçivəsində türk dünyasının mədəni irsinin təbliği istiqamətində simpozium, konfrans, sərgilərin, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılan “Dədə Qorqud” kamera orkestrinin konsertinin İstanbulda fərqli məkanlarda təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 440 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed