Şrift:
Ərdoğan Boltonun Suriyadakı kürdlərlə bağlı tələbini rədd edib
10.01.2019 [11:06] - Xəbərlər, Siyasət
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Boltonun Suriyadakı kürd döyüşçülərinə ABŞ əsgərlərinin bölgədən çıxarılmasından sonra zərər verməmək tələbini rədd edib. Çərşənbə axşamı Ankaradakı çıxışı zamanı Ərdoğan İŞİD, Xalqın Müdafiəsi Birləşmələri (YPG), habelə Demokratik Birlik Partiyasına (PYD) qarşı mübarəzə məqsədi ilə Türkiyənin Suriyanın şimal bölgəsinə qüvvələr göndərəcəyini bildirib. Türkiyə prezidenti Boltonun Türkiyənin kürdlərə hücum etməməsi haqda öhdəliyinin ABŞ əsgərlərinin geri çəkilməsi üçün şərt kimi irəli sürməsinə dair bəyanatına cavab verib.

Çərşənbə günü Ərdoğan parlamentə Suriyanın şimalındakı terrorçulara qarşı hücum hazırlıqlarının tamamlandığını bildirib. O açıq bildirib ki, kürdlər də İŞİD kimi hədəf alınacaq, çünki Ankaranın YPG döyüşçülərini kürd terror təşkilatı PKK ilə əlaqəsi olduğunu hesab edir.

"Suriyada terror dəhlizinin bir hissəsi olanlara bu bir dərs olacaq. PKK, YPG, PYD və İŞİD arasında heç bir fərq yoxdur", Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan.

Ərdoğan Boltonun Suriyadakı ABŞ əsgərlərinin Suriyadan çəkilməsinin Türkiyənin kürdlərə hücum etməməsi vədi ilə əlaqəli olduğu fikrini rədd edib.

"Trampla anlayışa gəlməyimizə baxmayaraq, rəhbərliyin müxtəlif strukturlarından fərqli səslər ortaya çıxıb. Buna baxmayaraq, Trampın Suriya mövzusuna dair fikirləri və geri çəkilmə qərarı bizim istinad nöqtəmiz olaraq qalır", Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

ABŞ Türkiyənin etirazına baxmayaraq, kürdlərin İŞİD-ə qarşı hücumunu dəstəkləyib. ABŞ-ın geri çəkilməsi Suriyadakı kürdləri müdafiədən kənar qoyur. Onlar münaqişədə digər tərəflərdən, çox mümkündür Rusiya hərbi qüvvələri tərəfindən dəstəklənən Suriya hökumətindən dəstək almağa çalışır. İsrail də bölgədə İranın nüfuzunun artacağı barədə xəbərdarlıq edib.

İordaniya paytaxtına çərşənbə axşamı səfər edən ABŞ dövlət katibi Mayk Pompeonun sözlərinə görə, İran İslam Dövləti qədər Suriya üçün təhlükə yaradır.

"Söhbət region üçün ən böyük təhlükənin Daeş və İslam İnqilabından gəldiyini anlamaqdan gedir“, ABŞ dövlət katibi Mayk Pompeo.

Pompeonun sözlərinə görə, Trampın Suriyadakı qoşunları çıxarmaq qərarı Suriyadakı terrorçuları məğlub etmək səylərinə təsir etməyəcək.

Tənqidlərlə qarşılaşan Tramp əsgərlərin "lazımi tempdə" çıxarılacağını deyərək, bunun üçün müddəti haqda bildirməyib.

Türkiyə prezidentinin sözçüsü çərşənbə axşamı bu barədə daha ətraflı məlumat verib.

"Bizə verilmiş vaxt çərçivəsi 60-90 gün arası idi. İndi isə 120 gün haqda danışılır, bu isə təxminən 4 ay deməkdir”, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Türkiyə Ankaranın Birləşmiş Ştatların Suriyadan hərbi qüvvələrini çıxarmasından sonra ABŞ-ın silahlarını toplayıb-toplamayacağı və oradakı bazaları ilə nə edib-etməyəcəyini bilmək istədiyini bildirib.
video
Bu xəbər oxucular tərəfindən 418 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed